“Rayondan gələn qızlar üçün yataqxanalar daha təhlükəsizdir” – Keçmiş Təhsil nazirindən TƏKLİF

“Rayondan gələn qızlar üçün yataqxanalar daha təhlükəsizdir” – Keçmiş Təhsil nazirindən TƏKLİF

Hazırda oxunan: “Rayondan gələn qızlar üçün yataqxanalar daha təhlükəsizdir” – Keçmiş Təhsil nazirindən TƏKLİF

92397

Yeni tədris ilinin başlanmasına artıq sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də tələbələr həm kirayə ev tapmaqda, həm də tələbə yataqxanalarında yerləşməkdə çətinlik çəkirlər. Sözügedən problem isə hər dəfə gündəmə gətirilsə də ona bir əncam çəkilmir.

Sabiq təhsil naziri, professor Firudin Cəlilov mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

Onun sözlərinə görə, bu çox vacib məsələdir və ayrı olaraq tələbələr üçün tələbə evi, yataqxanaların salınması lazımdır:

“İndi universitetlərin çoxu özünü maliyyələşdirmək gücündədir. Ya yataqxanalarını artırmalıdır, ya da ayrı olaraq tələbələr üçün tələbə evi, yataqxanası salmalıdırlar. Universitetlərə yaxın yerlərdə olması isə çox vacib nüansdır. Rayonlardan gələn, imkanı zəif olan ailələrin övladlarını düşünmək lazımdır.

Elə bir yataqxana tikmək olar ki, orada bir neçə universitetinin tələbələri yerləşə, yaşaya bilsinlər. Xüsusilə rayondan gələn qız uşaqlarının gedib tanımadıqları insanların kirayə evlərində qalmağındansa, bu kimi yataqxanalar onlar üçün daha təhlükəsiz və əlverişli ola bilər.
Eyni qayda oğlanlar üçün də keçərlidir. Çox zaman onlar da ev tapmağa çətinlik çəkirlər”.

F.Cəlilov həmçinin Bakıda yerləşən universitetlərin bir çoxunun şəhərkənarı ərazilərə köçürülməsi məsələsinin bir daha gündəmə gətirilməsinin vacibliyini də qeyd edib:

“Bir də bütün universitetlərin Bakıya toplanılması məsələsinə də artıq aydınlıq gətirilməlidir. Universitetlərin bəzilərini iri şəhərlərə, rayonlara köçürmək lazımdır. Həmçinin bir neçə universitet filialını digər rayonlarda da artırılmalıdır ki, oradakı tələbələr Bakıya üz tutmağa ehtiyacları qalmasın. Şəhərdəki sıxlıq da beləcə öz həllini tapmış olar”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO