Sahibə Qafarova Özbəkistana gedəcək

Sahibə Qafarova Özbəkistana gedəcək

Hazırda oxunan: Sahibə Qafarova Özbəkistana gedəcək

92384

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək üçün sentyabrın 7-də Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edəcək.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədrinin Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin birinci sessiyasında “Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması” mövzusunda çıxışı gözlənilir.
Sammitdən sonra qadın parlament sədrlərinin iştirakı ilə keçiriləcək dəyirmi masanın yekununda Daşkənd Bəyannaməsi qəbul olunacaq.

Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

İşgüzar səfər sentyabrın 10-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO