Trass rəsmi olaraq Britaniyanın baş naziri təyin edildi

Trass rəsmi olaraq Britaniyanın baş naziri təyin edildi

Hazırda oxunan: Trass rəsmi olaraq Britaniyanın baş naziri təyin edildi

92374

Çərşənbə axşamı, sentyabrın 6-da Liz Trass rəsmi olaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb. Bu vəzifəyə təyin olunmaq üçün o, Kraliça II Yelizavetanın Şotlandiyadakı Balmoral mülkünə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sky News” yayıb.

Monarx mühafizəkarlar liderinin ölkənin baş naziri vəzifəsinə namizədliyini təsdiqləyib və yeni hökumətin qurulmasını tapşırıb.

Bu mərasimdən sonra Trass Dauninq-stritdəki iqamətgahına gedəcək və hökumət başçısı kimi çıxış edəcək.

Qeyd edək ki, Trass Böyük Britaniyanın Marqaret Tetçer və Tereza Meydən sonra üçüncü qadın baş naziri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO