ABŞ Yaxın Şərq üzərində iki B-52 bombardmançı təyyarəsi uçurub

ABŞ Yaxın Şərq üzərində iki B-52 bombardmançı təyyarəsi uçurub

Hazırda oxunan: ABŞ Yaxın Şərq üzərində iki B-52 bombardmançı təyyarəsi uçurub

92311

Amerika ordusu Yaxın Şərq üzərində nüvə silahı daşıya bilən iki uzaqmənzilli B-52 bombardmançı təyyarəsini uçurub.

Bizim.Media “Associated Press” xəbər agentliyinə istinadən xəbər verir ki, Küveyt və Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri sözügedən bombardmançıları təlim missiyasında müşayiət ediblər.

Bombardmançı təyyarələr İngiltərənin Fairford şəhərindəki Kral Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb və bazar günü Aralıq dənizinin şərqi, Ərəbistan yarımadası və Qırmızı dəniz üzərində uçuşlar həyata keçirib.
Amerika Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti Aleks Qrinkoviç məsələ ilə bağlı danışıb:

“Amerikaya və tərəfdaşlarımıza qarşı təhdidlər cavabsız qalmayacaq. Bu kimi missiyalar düşmənlərimizin qarşısını almaq və lazım gələrsə, onları məğlub etmək üçün qüvvələri birləşdirmək bacarığımızı nümayiş etdirir”.

Amerika Ordusunun Mərkəzi Komandanlığı İranın adını çəkməsə də, bu güc nümayişi Vaşinqtonla Tehran arasında gərginliyin hələ də yüksək olduğu bir vaxtda baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO