Ceyhun Bayramov:

Ceyhun Bayramov: "Azərbaycan sülh üçün ardıcıl addımlar atır" - ABŞ rəsmisi ilə MÜZAKİRƏ

Hazırda oxunan: Ceyhun Bayramov: "Azərbaycan sülh üçün ardıcıl addımlar atır" - ABŞ rəsmisi ilə MÜZAKİRƏ

92217

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Bizim.Media Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tərəflər regional vəziyyət, o cümlədən münasibətlərin normallaşması səyləri, ikitərəfli gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən danışıb.
O qeyd edib ki, xarici işlər nazirlərinə sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün verilən tapşırıqdan irəli gələrək Azərbaycanın buna hazır olduğunu bildirib.

Nazir, həmçinin Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atdığını qarşı tərəfin diqqətinə çatdırıb.

Telefon danışığı zamanı, ikitərəfli əməkdaşlıq, gündəliyinə daxil olan məsələlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli təmasların bundan sonra da davam etdirilməsinə dair razılıq ifadə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO