“Avqustun 31-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdə tərəflər razılığa gəliblər ki, xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsi hazırlansın”.
Bizim.Media xəbər verir ki, bu fikirlər ABŞ-ın “Stratfor Worldview” saytında dərc olunan məqalədə yer alıb.
Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarından bəhs edilən materialda qeyd edilir ki, Ermənistan qoşunlarının yaxın həftələrdə Qarabağdan çıxarılması Azərbaycanın üstünlüyünü daha da gücləndirəcək:
“Azərbaycanın genişmiqyaslı hərbi əməliyyata başlayacağı təqdirdə Ermənistan qüvvələrinin dəhlizi (Köhnə Laçın dəhlizini nəzərdə tutur) ələ keçirmədən Qarabağa qayıtması hərbi baxımdan mümkünsüz olacaq. Amma bu riskləri anlayan Ermənistan iyulda verdiyi sözə əməl edəcək və sentyabrda bütün qoşunlarını Qarabağdan çıxaracaq.
Ermənistan bunu etməsə, Azərbaycan daha bir irimiqyaslı müharibəyə başlayacaq. Bakının daha güclü orduya malik olduğunu nəzərə alsaq, bu, İrəvana baha başa gələcək və ona heç bir xeyir gətirməyəcək.
Lakin Azərbaycanın güc tətbiqinə getməsi ehtimalı çox azdır. Əvəzində Azərbaycan öz üstünlüyündən istifadə edərək İrəvanı Bakının şərtləri ilə sülh sazişi bağlamağa inandırmağa çalışacaq. Üstünlüyünü nümayiş etdirmək üçün Azərbaycan Qarabağda erməni qüvvələrinə qarşı məhdud hərbi əməliyyatlar keçirə bilər.
Regionun gələcəyi və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı 2020-ci ildə əldə olunan atəşkəsdən sonra həllini tapmayan bir çox məsələlərə aydınlıq gətirmək üçün sülh sazişi bağlanmalıdır.
Həll olunmayan məsələlər arasında Qarabağda qalmağa qərar verən ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsinin əsas mexanizmləri də var”.
Məqalə müəllifi hesab edir ki, sülh müqaviləsinin imzalanması çox güman ki, həm Ermənistanı, həm də Azərbaycanı Türkiyə və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirməyə sövq edəcək. Sülh müqaviləsi Rusiya sülhməramlılarının Qarabağdakı gələcəyini də şübhə altına ala bilər.
Tərəflər arasında sülh və Rusiyanın Cənubi Qafqazda iştirakının azalması Aİ və türk investorlarının regiona gəlişini sürətləndirəcək”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:53 / 05.09.2022
“Ermənistan bunu etməsə, Azərbaycan irimiqyaslı müharibəyə başlayacaq” – “Stratfor Worldview”
Hazırda oxunan: “Ermənistan bunu etməsə, Azərbaycan irimiqyaslı müharibəyə başlayacaq” – “Stratfor Worldview”
Hazırda oxunan: “Ermənistan bunu etməsə, Azərbaycan irimiqyaslı müharibəyə başlayacaq” – “Stratfor Worldview”
92175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.