Papa Fransisk bildirib ki, həkimlər səhhətində yaranan problemlərə görə ona sentyabrda Qazaxıstana, yaxın vaxtlarda isə Rusiya və Ukraynaya səfər etməməyi tövsiyə edirlər.
Bizim.Media xəbər verir ki, Fransisk bu barədə bazar günü axşam “CNN Portugal” telekanalına verdiyi müsahibəsində danışıb.
“Məsələ “havada qalıb”. İndi gedə bilmərəm, çünki Kanadaya səfər etdikdən sonra dizim gec sağalır və həkimlər mənə qadağa qoyub”, deyə o bildirib.
Fransisk əlavə edib ki, həkimlər onun sentyabrın 14-15-də Dünya və Ənənəvi Dinlər Liderlərinin 7-ci Qurultayının keçiriləcəyi Qazaxıstana getməsinə icazə vermirlər.
Roma Katolik Kilsəsinin rəhbəri Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə əlaqə saxladığını və Ukraynadakı münaqişənin həlli üçün əlindən gələni etdiyini bildirib.
“Mən əlimdən gələni edirəm və hər kəsdən də əlindən gələni etmələrini xahiş edirəm” deyə o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:23 / 05.09.2022
Roma Papasına Rusiya və Ukraynaya səfər etməmək tövsiyə olundu
Hazırda oxunan: Roma Papasına Rusiya və Ukraynaya səfər etməmək tövsiyə olundu
Hazırda oxunan: Roma Papasına Rusiya və Ukraynaya səfər etməmək tövsiyə olundu
92166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.