Rusiyanın Xalq artisti Alla Puqaçova avqustun 30-u dünyasını dəyişən və 32 il əvvəl SSRİ-nin prezidenti seçilən Mixail Qorbaçovun ünvanına tərif dolu fikirlər yazıb: “Uzun müddətdir belə hönkür-hönkür ağlamamışdım. Azadlığı əldə etdiyimiz, bütün dünya üçün “Şər İmperatorluğu” olmaqdan çıxdığımız və uşaqlarımızın gələcəyi ilə bağlı qorxunun aradan qalxdığı dövr getdi”.
Bizim.Media xəbər verir ki, bu paylaşım azərbaycanlı izləyiciləri hiddətləndirib.
İstifadəçilər Azərbaycanda 1990-cı il yanvarın 20-də baş verən qanlı faciənin təşkilatçısı olan Qorbaçovun çirkin əməllərini xatırladıblar.
Puqaçovanın tərif dolu paylaşımını “başına qaxınc edən”lərdən biri də bəstəkar-müğənni Murad Arif olub. Sənətçi siyasətçini “əli qanlı cəllad” adlandırıb.
“Alla Borisovna, onun hərəkətsizliyindən alovlanan millətlərarası münaqişələri unutmaq olmaz... Bu, Sovet respublikalarının bir çox sakinləri tərəfindən təsdiqlənə bilər. Sizə nə qədər mehriban görünsə də, yüzlərlə günahsız vətəndaş, qadın, qoca, uşaq onu qana görə söyəcək” – deyə M.Arif fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:27 / 05.09.2022
Murad Arif Alla Puqaçovanı tənqid etdi: Qorbaçovla bağlı paylaşımına görə
Hazırda oxunan: Murad Arif Alla Puqaçovanı tənqid etdi: Qorbaçovla bağlı paylaşımına görə
Hazırda oxunan: Murad Arif Alla Puqaçovanı tənqid etdi: Qorbaçovla bağlı paylaşımına görə
92134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.