Lerik rayonunda yerli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölən və yaralananların adları məlum olub.
Bizim.Media xəbər verir ki, ölənlərdən 7-sinin adı açıqlanıb.
Xəlilova Dilarə Rəhim qızı,
Həşimova Sərvər Əhməd qızı,
Axundova Saray,
Ağayeva Təcrübə,
Cəfərova Güldəstə,
Rzayeva Səmayə Ağababa qızı,
Tahirova Zərnitac islam qızı.
Xəsarət alanlar isə Lənkəran rayonunun Boladi kənd sakinləri - Səyyadov Səyyad Hacıbala oğlu (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızı (1959), Səyyadova Zəhra Rəhim qızı (1960), Axundova Lətifə Zaman qızıdır (1953).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.
Qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media