Dünya ulduzunun konsertdə səsi batdı, səhnəni yarımçıq TƏRK ETDİ – VİDEO

Dünya ulduzunun konsertdə səsi batdı, səhnəni yarımçıq TƏRK ETDİ – VİDEO

Hazırda oxunan: Dünya ulduzunun konsertdə səsi batdı, səhnəni yarımçıq TƏRK ETDİ – VİDEO

91992

"The Weeknd" ləqəbi ilə dünyada məşhurlaşan pop ulduz Eybel Makkonen Tesfaye səhnədə xoşagəlməz hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, ötən gün 70.000 tamaşaçı önündə Los Ancelesdəki SoFi Stadionunda konsert proqramı ilə çıxış edən sənətçi səsləndirdiyi "Can't Feel My Face" nəğməsindən sonra səhnəni tərk edib.

Bir neçə dəqiqədən sonra səhnəyə geri qayıdan "The Weeknd" meqa hitini ifa edən zamanı səsini itirdiyini və konsertin ləğv edildiyini söyləyib.

Pərəstişkarları müğənninin səhnədəki monoloqunu lentə alaraq, sosial şəbəkədə yayıblar. 

Musiqiçi halından kövrələk bu sözləri dilə gətirib: 

“Bu məni öldürür, şounu dayandırmaq istəmirəm, amma indi istədiyim konserti sizə verə bilmərəm. Aldığınız bütün biletlərin pullarını sizə geri qaytaracaqlar. Amma mən çox yaxında sizin üçün daha da möhtəşəm konsert şousu hazırlayacağam".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO