Ərdoğanın müşaviri: “Qazsız qalan bir çox avropalı qışı Türkiyədə keçirəcək”

Ərdoğanın müşaviri: “Qazsız qalan bir çox avropalı qışı Türkiyədə keçirəcək”

Hazırda oxunan: Ərdoğanın müşaviri: “Qazsız qalan bir çox avropalı qışı Türkiyədə keçirəcək”

91983

Avropa İttifaqının ən azı bir milyon sakini qaz təchizatı ilə bağlı problemlərə görə qarşıdan gələn qışı Türkiyədə keçirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidentinin müşaviri, Prezident yanında İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut Tvitter hesabında yazıb.

“Qazı kəsilən ən azı bir milyon Aİ vətəndaşı bu qışı Türkiyədə keçirmək üçün hərəkətə keçib. İstanbul, İzmir, Antalya və bir çox başqa vilayətlərdə otellər dolacaq, avropalılar artıq mənzil alqı-satqısı və kirayəsi baxımından hərəkətə keçiblər”, - Türkiyə prezidentinin müşaviri bildirib.

“Çox ucuz satmayın” deyən Bulut ev sahiblərinə səslənib və Avropada qazın dayandırılması ilə bağlı vəziyyəti “ilahi ədalət” adlandırıb.

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun rəhbərinin müavini Metilda Versdorfer ötən cümə axşamı bildirib ki, “Şimal axını” ilə nəqlin dayandırılmasından sonra 13 Aİ ölkəsi Rusiya qazını almağı dayandırıb və ya məhdud miqdarda alır. O, Aİ-nin enerji böhranını təkcə tədarükün diversifikasiyası səyləri ilə aradan qaldıra bilməyəcəyini etiraf edib və bütün Aİ ölkələrini qaz istehlakını azaltmaq üçün səylərini davam etdirməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO