«Xəzər əməkdaşlıq dənizidir» - İlham Əliyev

«Xəzər əməkdaşlıq dənizidir» - İlham Əliyev

Hazırda oxunan: «Xəzər əməkdaşlıq dənizidir» - İlham Əliyev

9197

«Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib».

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovla görüşündə deyib.

«Bəlkə də çoxları bilmir ki, bu gün Əfqanıstandan yüklərin Türkmənistana, Azərbaycana və daha sonra digər ölkələrə çatdırılmasını təmin edən dəmir yolu məhz Türkmənistanın qonşu Əfqanıstanda investisiyalara dair müdrik siyasəti nəticəsində inşa edilib. Buna görə də bu gün qeyd etmək istərdim ki, məhz region ölkələri ilə əməkdaşlığa bizim ümumi yanaşmalarımız və həm bizim üçün, həm də qonşularımız üçün vacib məsələlərin həlli tamamilə yeni reallıqlar yaradır.

Siz qeyd etdiyiniz kimi, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək»,deyə dövlət başçısı vurğulayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO