Avropa çempionatında iştirak edəcək cüdoçularımızın adları açıqlandı

Avropa çempionatında iştirak edəcək cüdoçularımızın adları açıqlandı

Hazırda oxunan: Avropa çempionatında iştirak edəcək cüdoçularımızın adları açıqlandı

91762

Çexiyanın paytaxtı Praqada keçiriləcək gənc cüdoçular arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bilinib. 

Bizim.Media-nın məlumatına görə, gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov "Report"a bildirib ki, bu yarışda 13 Azərbaycan cüdoçusu mübarizə aparacaq. 

Bunlardan 9-u oğlan, 4-ü qız cüdoçulardır. Turan Bayramov, Nizami İmranov (hər ikisi 60 kq), Vüsal Qələndərzadə (73 kq), Ömər Rəcəbli, Elcan Hacıyev (hər ikisi 81 kq), İsmayıl Zamanov, Vüqar Talıbov (hər ikisi 90 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) oğlanların, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (78 kq) qızların yarışında mübarizə aparacaq. 

Qeyd edək ki, Avropa çempionatında fərdi yarışlar 15-17 sentyabr tarixlərində keçiriləcək. Qarışıq komandaların yarışı isə sentyabrın 18-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO