“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində olan müəssisələri tərəfindən maşın mexanizmləri dağlıq və dağətəyi rayonlarda nəqliyyatın hərəkətində yarana biləcək problemlərə dərhal müdaxilə edirlər”.
Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Qara görə magistrallarda sürət həddi endirildi
Onun sözlərinə görə, qar əsasən regionlarda yağır:
“Yollarda buzlaşma çox olmasa da sürücülər avtonəqliyat vasitələrində qış şinlərindən istifadə etməlidirlər. Bizim etdiyimiz qabaqlayıcı tədbirlərə baxmayaraq avtomobillərin hərəkətində müəyyən problemlər yaşana bilər”.
Qurum rəsmisi Bakı şəhərinin yollarında hər hansı bir problemin müşahidə olunmadığını vurğulayıb.
Gülşanə Mustafayeva, Bizim.Media