Ölkə əhalisinin 87%-i dələduzluğa məruz qalıb - Hüquqşünasdan XƏBƏRDARLIQ

Ölkə əhalisinin 87%-i dələduzluğa məruz qalıb - Hüquqşünasdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Ölkə əhalisinin 87%-i dələduzluğa məruz qalıb - Hüquqşünasdan XƏBƏRDARLIQ

91535

Vüktor Hüqonun “Səfillər” əsərində belə bir epizod var. Əsərin əsas qəhrəmanlarından biri həbsxanadan yeni çıxmış Jan Valjan gecə ikən yağışa düşür yolu itirir, təasdüfən gəlib çıxdığı bir kilsənin qapısını döyür.

Gecənin yarısı keşiş səsə oyanıb yataq paltarında qapını açır və Jan Valjanı gecələmək üçün içəri buraxır. Səhər erkən yuxudan ayılan keşiş qonağı tapmır, baxır ki, Jan Valjan iki ədəd gümüş şamdanı da götürərək aradan çıxıb. Keşiş ata minib onun gedə biləcəyi istiqamətdə çaparaq Jan Valjana yetişir.
Jan Valjan zindandan yeni çıxmış biri kimi qorxuya düşür ki, əgər keşiş onu şikayət etsə, əbədi məhbəsə atılacaq və bir də azadlıq üzü görməyəcək. Bu vaxt qəribə hadisə baş verir. Keşiş sakit tərzdə ona yaxınlaşaraq bildirir ki, “övladım mən bir daha heç kimə mərhəmət göstərib qapı açmayacağam”. Və şamdanları da götürmədən atının başını çevirib gəldiyi istiqamətə çapır.

Son zamanlar cəmiyyətimizdə dələduzluq halları sürətlə artmağa başlayıb. Dələduzluq halları əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə həmçinin digər hallarla müşahidə olunur.

Lakin hazırda sosial şəbəkələr, saytlar və bu kimi vasitələrlə insanlara kələk gələn, oyuna gətirən dələduzlar da az deyil. Hətta son günlərdə başqasının şəklindən adından istifadə edərək, həmin şəxsin dostlarını, yaxınlarını “Mənə borc pul verə bilərsənmi, çox pis haldayam” deyə mesajlarla adlatmağa cəhd də göstərirlər.

İnformasiya təhlükəsizliyini təmin edən “Kaspersky” şirkətinin Azərbaycan sakinləri arasında keçirdiyi sorğuya əsasən bildirilib ki, ölkə əhalisinin 87%-i ən az bir dəfə də olsa telefon və ya internet vasitəsilə dələduzluq cəhdi ilə qarşılaşıb.

Həmçinin məlumatda bildirilir ki, kişilər daha çox fırıldaqçıların qurbanına çevrilirlər (68%).

Qadınların fırıldaqçıların qurbanı olma ehtimalının daha az olmasının səbəb isə onların naməlum nömrələrdən gələn zənglərə daha az cavab verməsi, həmçinin gələn SMS və ya e-poçtları oxumağa meylli olmaması göstərilir.

Bəs dələduzluğun qurbanı olmamaq üçün nələrə diqqət etməli?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya mözu ilə bağlı açıqlamasında bildirib ki, öncəliklə gələn mesajların həqiqətə nə dərəcədə uyğun olmasına diqqət yetirmək lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

YUVENAL CİNAYƏT nə deməkdir? – Hüquqi İZAH


“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur.

Daha az məbləğli dələduzluq halları üçün ciddi cəza mexanizmləri mövzud olmadığından dələduzlar bundan sui-istifadə edir. Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər “xidmət” göstərirlər.
Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar”.

Hüquqşünasın sözlərinə görə, aidiyyatı qurumlar tərəfindən tez-tez insanlara maarifləndirici məlumatlar verməli, ayıq-sayıq olmaları üçün xəbərdar etməlidir:

“Bu məsələdə maarifləndirmə işləri güclü şəkildə aparılmalıdır. Əsas da yaşı yuxarı olan şəxlərin internetdən istifadəsində diqqətli olmalı məqamlar izah edilməlidir. Bəzən yanlışlıqla bank kartlarının, mobil nömrələrinin hər hası saytdan qeydiyyatdan keçirərək pul itirdiklərini müşahidə edirik.

Bu baxımdan nələrsə təklif edən və ya məlumat əldə etməyə çalışan yad adamlardan gələn zənglərə ehtiyatla yanaşın”, - deyə Ə.Mustafayev fikrini tamamlayıb.

Təəssüf ki, yazının girişində “Səfillər”dən sitat gətirdiyimiz kimi, dələduzluq və aldatmalar zamanı ayrı-ayrı fərdlər malından-pulundan bir hissə itirsə də bütövlükdə cəmiyyət olaraq inam, mərhəmət hissi kimi gözəl dəyərlər də talanmış olur. Heç kimin heç kəsə inamı qalmır.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO