Van Dammın oğlu azərbaycanlı xanımı ilə BAKIDA - FOTO

Van Dammın oğlu azərbaycanlı xanımı ilə BAKIDA - FOTO

Hazırda oxunan: Van Dammın oğlu azərbaycanlı xanımı ilə BAKIDA - FOTO

91470

Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə həyat yoldaşı ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, Avropada tətillərini başa vuran cütlük Bakıya gəliblər.

Suada sosial şəbəkə hesabında Kristoferin, bacısı, bədii gimnastika üzrə dünya və avropa çempionatının finalçısı Selcanın və valideynlərinin fotosunu paylaşıb.

Pianoçu  Kristofer onların evində qonaq olduğunu bildirib. 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Suada uzun müddət ABŞ-də yaşamaq üçün viza ala bilmir və Kristoferlə birlikdə yaşamır.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO