Küsəyən kişilərin sayı sürətlə artır, cəmiyyətimizdə nə baş verir? - Samirə Bağırovadan PSİXOANALİZ

Küsəyən kişilərin sayı sürətlə artır, cəmiyyətimizdə nə baş verir? - Samirə Bağırovadan PSİXOANALİZ

Hazırda oxunan: Küsəyən kişilərin sayı sürətlə artır, cəmiyyətimizdə nə baş verir? - Samirə Bağırovadan PSİXOANALİZ

91367

- Gülnarə, Vahid ilə münasibətləriniz mən biləni çox yaxşı idi. Axı niyə ayrıldınız?

- Ay qız, ilk başlarda hər şey qaydasında olsa da daha sonra hər şey dəyişdi. Vahid demək olar ki, mənə yazmır, küsəndə belə ilk addımı məndən gözləyir, bir sözlə nazı mən yox, o edirdi. Mən də ayrılmağa qərar verdim.

Bu qısa dialoq çox güman ki, hazırda əksər qıza tanış situasiyanı yada salır. Xanımlar əvvəlki "köhnə" kişilərlə müqayisədə müasir gənc oğlanların dözümsüz və mübarizə aparmağa meyilli olmadıqlarını bildirirlər. Əvvəllər qızın nazını çəkməyə, onun könlünün xoş olması üçün dəridən qabıqdan çıxanların yerini küsəyən və nə istədiyini bilməyən gənc oğlanlar tutur.

Günümüzün sevgiləri, münasibətləri, ailə dəyərləri yavaş-yavaş deqradasiyaya uğradığı zamanda əksər kişilərin qadına qarşı bu “zərif” davranışları nədən qaynaqlanır?

Psixoloq Samirə Bağırova Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib. Onun fikrincə, əsas səbəb oğlan övladlarınln ailədə gördükləri münasibətlərdən qaynaqlanır:

"Ümumiyyətlə küsəyən kişilər 4 tipə ayrılır:

1.Kompleksli, özgüvənsiz

2.Özünü qurban rolunda görən

3. İntiqam hissli, kinli

4. Paranoyak, şübhəçi

Sözügedən kişilərdə yumor hissi zəif olur və onlar güclü manipulyatorlardır. Özü haqqında çox yüksək fikirdə olaraq əks cinsi hər zaman günahlandırır, ittihamlarla doludurlar.

Küsəyən kişilərlə kim səhv, kim düzdür müzakirəsi etmək boş vaxt itkisidir, onsuz da onun fikrincə günahkar qadındır. "Yekə kişisən özünü uşaq kimi aparırsan", "Ayıb deyil sənə uşaq kimi küsmə səhnələri oynuyursan?" - bu kimi sözlər küsəyən kişi ilə daha da münasibəti çətinləşdirəcək. Küskünlük aşırı, xəstəliyə çevrilmiş qürur və özgüvənsizlik göstəricisidir. Bu da təməldən formalaşıb. Az yaşlarından ailədə ayrıseçkilik, “xalxın uşaqları” ilə müqayisə halları, aşırı ərköyün, yerli-yersiz tərif, uşağa heç vaxt yox deməmək halları və s. kimi böyüklərdən gələn davranışlar gələcəkdə küsəyənlik yarada bilir. 

Küsəyən kişi ilə münasibət isə qadınları tez bezdirir. Çünki abartılı olmayan küskünlük adətən xanımlara xas xüsusiyyətdir. Kişi könül alandır. Aşırı, yerli-yersiz küskünlük isə həm kişi, həm də qadında artıq psixoloji xəstəlikdir".

Bəs bu halla qarşılaşan qadınlar nə etməlidirlər?

"Amma qadın izahlı olaraq kişinin tez-tez küsməsindən incidiyini bildirməlidir. Sərhədlər tətbiq olunmalıdır. Həqiqətən xanım tərəfdən yanlışlıq varsa, üzr istəmək normaldır. Amma üzr istəmək həqiqətən yanlışlıqlar baş verən zaman olmalıdır.
 

Küsəyən kişi ilə nə qədər izahlı dialoq aparılsa da paranoik olduqları üçün yola gətirmək çətindir. Hər küsməsi münasibəti bitirmək fikrinə gəlməsidir. Onlar acı çəksə də həll etmək yerinə bitirməyi üstün tuturlar. Əslində bu tip bəylərlə münasibəti bitirmək daha uyğundur.


Amma bitirmədən öncə özünüzə, davranışınıza da nəzər yetirin. Ola bilər ki, xanımın özündə də hər kəsi günahlandırma və şübhəçilik sindromu olsun", - deyə S.Bağırova qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO