Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması layihəsi üzərində işləyir.
Bizim.Media xəbər verir ki, o, NEWS.ru-nun marşrutun açılması perspektivləri və bu sahədə Moskva ilə Ankara arasında razılaşmaların olması ilə bağlı sualını belə cavablandırıb.
Zaxarova qeyd edib ki, Zəngəzur dəhlizinin nə vaxt fəaliyyət göstərəcəyi ilə bağlı hələ ki, məlumatı yoxdur.
“Türkiyə Ticarət Nazirliyinin rusiyalı həmkarları arasında bu mövzuda təmaslarının olduğu barədə informasiyaya sahib deyiləm. Yalnız onu deyə bilərəm ki, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üçün Bakı və İrəvanla əsaslı işi davam etdirir. Söhbət Ermənistan və Azərbaycanın suverenliyinə hörmət prinsipinə əsaslanacaq konkret marşrutlar üzrə paket həllinin razılaşdırılmasından gedir”, - Zaxarova bildirib.
Bundan əvvəl Türkiyə Respublikasının ticarət nazirinin müavini Reza Tuna Turağay bildirmişdi ki, Ankara Moskva ilə Zəngəzur dəhlizinin çox yaxın vaxtlarda açılacağı məsələsini müzakirə edir.
Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizinin marşrutu ilə bağlı yaxın həftələrdə Ermənistandan cavab gözləyir.
Onun sözlərinə görə, İrəvan bu prosesi ləngidir, Azərbaycan isə ziddiyyətli fikirlərin sülh yolu ilə həllinin tərəfdarıdır.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:16 / 31.08.2022
Zaxarova Zəngəzur dəhlizindən danışdı - VİDEO
Hazırda oxunan: Zaxarova Zəngəzur dəhlizindən danışdı - VİDEO
Hazırda oxunan: Zaxarova Zəngəzur dəhlizindən danışdı - VİDEO
91363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.