Təzə bəy Afflek villasını 29 milyona SATDI – FOTO

Təzə bəy Afflek villasını 29 milyona SATDI – FOTO

Hazırda oxunan: Təzə bəy Afflek villasını 29 milyona SATDI – FOTO

91342

Üç həftə əvvəl təzə bəy Ben Afflek “Pacific Palisades”dəki nəhəng yeddi otaqlı malikanəsini satışa çıxarmışdı. 

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, ev artıq satılıb. 

Məlumata görə, Ben dünən, çərşənbə axşamı 13,500 kvadrat metrlik evini naməlum alıcıya 29,995,000 dollara satıb.  

Nəşr şahlara layiq malikanəni o, 2018-ci ildə keçmiş həyat yoldaşı Cennifer Qarnerin və onların üç övladının - 16 yaşlı Violet, 13 yaşlı Serafina və bir yaşlı oğlu Samuelin yanında olmaq üçün 19,2 milyon dollara alıb.  

Realtor.com Benin evini “rəssamın arzusu” adlandırıb. Tam təsvirdə deyilirdi ki, onun kaminli geniş qonaq otağı, yemək otağı, barı olan ofis, kinoteatr, idman zalı, temperatura nəzarət edilən şərab zirzəmisi və qulluqçular üçün otaqlar var.  
Şayiələrə görə, Lopez və Afflekin yeni mənzili əvvəllər Meray Kerinin keçmiş nişanlısı, avstraliyalı milyarder Ceyms Pakerə məxsus olub. Və ondan əvvəl orada Denni DeVito və keçmiş həyat yoldaşı yaşayırdı. 

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO