Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Paloma Hol Kabalero da Bizim.Media-ya bugün baş tutacaq Brüssel görüşü ilə bağlı öz fikirlərini bölüşüb.
Açıqlamasın o, qeyd edib ki, sayca 4-cü olan Brüssel görüşünün konkret nəticələr verəcəyinə ümid edirik:
“Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün, o cümlədən Avropa İttifaqının prezidenti Şarl Mişelin yardımı vasitəsilə ən yüksək səviyyədə birbaşa iştirak etməyə davam edir. Bu, ötən il və cari il ərzində Brüsseldə prezident Şarl Mişelin Ermənistan və Azərbaycan rəhbərləri ilə ev sahibliyi etdiyi 4-cü üçtərəfli görüş olacaq. Bu, həmçinin iyulun 16-da Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilən ilk birbaşa ikitərəfli görüşdən sonradır. Biz ümid edirik ki, bu dialoq müntəzəm olaraq davam edəcək və regionun bütün əhalisinin rifahı üçün çox lazım olan konkret nəticələr verəcək”, - deyə Kabalero bildirib.
MÖVZU İLƏ BAĞLI:
İrina Tsukerman: “Azərbaycan Brüssel görüşündə Avropaya arxalana bilər” - EKSKLÜZİV
O, qeyd edib ki, Aİ dövlət başçılarının görüşündən öncə nazirlər və xüsusi nümayəndələr arasında bir çox görüşlər keçirib.
Yekun nəticələrə sözügedən görüşlərdə əldə edilən razılaşmalar da təsir edəcək ki, bu da, konkret nəticələrin olacağından xəbər verir.
“Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar iyulun 13-15-də İrəvanda və Bakıda Ermənistan və Azərbaycan rəhbərliyi ilə yerlərdə ən son məsləhətləşmələrini keçirib. Həmçinin 19 avqustda Brüsseldə Azərbaycan Prezidentinin müşaviri H.Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan arasında növbəti görüş keçirib”.
Tehran, Bizim.Media