Gəncədə yaşayış binaları YENİ GÖRKƏMDƏ

Gəncədə yaşayış binaları YENİ GÖRKƏMDƏ

Hazırda oxunan: Gəncədə yaşayış binaları YENİ GÖRKƏMDƏ

91266

Gəncədə ümumilikdə 865 çoxmənzilli yaşayış binasından 645-nin dam örtüyü tamamilə yenilənib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı şəhər icra hakimiyyətindən veriblər. 

Bildirilir ki, hazırda yerdə qalan daha 220 yaşayış binasının dam örtüklərinin yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bundan başqa Gəncə ərazisində olan çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri ilə bağlı da işlər aparılır. Son 3 ildə icra hakimiyyətinin mənzil fondu əsaslı təmir olunan 208 binanın 30-dan çoxunun fasadında təmir bərpa işləri həyata keçirib, növbəti mərhələdə isə daha 60 binanın fasadının təmiri planlaşdırılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO