Lənkəranda qəza: 1 ölü, 5 yaralı var

Lənkəranda qəza: 1 ölü, 5 yaralı var

Hazırda oxunan: Lənkəranda qəza: 1 ölü, 5 yaralı var

91061

Lənkəran şəhərinin Nizami küçəsində “Opel” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralıların şəxsiyyəti məlum olub.

Bizim.Media xəbər verir ki, “Opel” markalı avtomobilin sürücüsü, Lənkəran rayon Şovu kənd sakini, 1968 il təvəllüdlü Natiq Bayram oğlu Rüstəmov hadisə yerində dünyasını dəyişib. 

“VAZ-2107” sürücüsü, Lənkəran şəhər sakini 2001-ci il təvəllüdlü Əli Rasim oğlu Rufullazadə və sərnişinlər - 2000-ci il təvəllüdlü Abbas Etibar oğlu Quluzadə və 1998-ci il təvəllüdlü Ülvi Ağakamal oğlu Bayramzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. 

Ülvi Bayramzadənin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Apa.az-ın məlumatına görə, hazırda baş verən qəza ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO