ABŞ-da “MTV Video Music Awards” mərasimi keçirildi - FOTO

ABŞ-da “MTV Video Music Awards” mərasimi keçirildi - FOTO

Hazırda oxunan: ABŞ-da “MTV Video Music Awards” mərasimi keçirildi - FOTO

91016

Bazar günü axşam Nyu-Cersi ştatının Nyuark şəhərindəki “Prudential Center”də ən nüfuzlu musiqi mükafatlarından biri olan “MTV Video Music Awards” mərasimi keçirilib.  

Bizim.Media xəbər verir ki, sözügedən kanalın saytında tamaşaçıların səsverməsinin nəticələrinə əsasən ən səs-küylü və parlaq musiqiçilər mükafatlandırılıb. 

Qaliblər isə “Ay Adam” heykəlciyi ilə təltif olunub. Bu dəfə gecənin aparıcıları LL Cool J, Nikki Minaj və Cak Harlou olub.  

Mükafatın qaliblərinin siyahısını təqdim edirik: 

"İlin qrupu" - "BTS" 

"İlin albomu" - Herri Staylsın "Harry's house"u 

"İlin artisti" - Bad Bunny 

"Ən yaxşı yeni artist" - Dov Kameron 

"Ən yaxşı mahnı" - Billi Ayliş "Happier than ever" 

"Yayın əsas mahnısı" - Cekman Tomas Harlou "First class" 

"İlin videosu" - Teylor Svift "All Too Well" 

"Ən yaxşı mənalı video" - Lizzo "About damn time" 

"Ən yaxşı alternativ video" - Maneskin "I Wanna Be Your Slave" 

"Ən yaxşı k-pop video" - Lalisa Manoban "Lalisa" 

"Ən yaxşı uzun video" - Teylor Svift "All Too Well" 

"Ən yaxşı rok video" - "Red Hot Chili Peppers" "Black Summer" 

"Ən yaxşı pop video" - Herri Stayls "As It Was" 

"Ən yaxşı əməkdaşlıq" - Lil Nas X və Cekman Tomas Harlou "Industry Baby" 

"Ən yaxşı vizual effektlər" - Lil Nas X və Cekman Tomas Harlou "Industry Baby" 

"Ən yaxşı hip hop video" - Niki Minaj "Do We Have A Problem" 

"Ən yaxşı R&B video" - The Weeknd "Out of time" 

"MTV Vanguard Mükafatı" - Niki Minaj 

"Qlobal İkon" - "Red Hot Chili Peppers" 

Rəşad Əliyev, Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO