Leyla Abdullayeva fəaliyyətinə bu ölkədə davam edəcək - YENİ TƏYİNAT

Leyla Abdullayeva fəaliyyətinə bu ölkədə davam edəcək - YENİ TƏYİNAT

Hazırda oxunan: Leyla Abdullayeva fəaliyyətinə bu ölkədə davam edəcək - YENİ TƏYİNAT

90891

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

Bizim.Media xəbər verir ki, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək. Onun tezliklə həmin ölkədə diplomatik xidmətə başlayacağı gözlənilir.

Məlumata əsasən, qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb. 

Qafqazinfo.az məsələ ilə bağlı Leyla Abdullayeva ilə əlaqə saxlayıb. O, bildirib ki, hazırda işinin başındadır və XİN mətbuat katibi səlahiyyətlərini icra edir. 

Xatırladaq ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsini tutur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO