Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

Hazırda oxunan: Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

90881

Bakıda naməlum sürücü avtomobillə piyadanı vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə avqustun avqustun 28-nə paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə "Toyota Prius" markalı avtomobili idarə edən müəyyən edilməmiş sürücü 1992-ci il təvəllüdlü Məmmədli Nurəddin Ziyət oğlunu piyada keçidinin üzərində vuraraq hadisə yerindən qaçıb. Report.az-ın məlumatına görə, nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO