Qriqori Leps tanışlıq saytında yaşlı qadın axtardığını etiraf etdi

Qriqori Leps tanışlıq saytında yaşlı qadın axtardığını etiraf etdi

Hazırda oxunan: Qriqori Leps tanışlıq saytında yaşlı qadın axtardığını etiraf etdi

90817

Rusiyalı müğənni, musiqiçi Qriqori Leps “İnanmayacaqsan!” verilişinin efirində tanışlıq saytında yaşlı qadınları axtardığını etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “gazeta.ru” saytında yer alıb.

“Mən tanışlıq saytında qeydiyyatdan keçmişəm. Günlərlə orda otururam, tanış oluram. Yetmiş yaşlı qadınlarla maraqlanıram. Əvvəllər gedib əylənməyi bacarırdım. İllər keçdikcə hər şey yox olur. İstənilən normal insan kimi. Başqa istəklər ortaya çıxır. Məsələn, sadəcə kaminin yanında sakitcə oturmaq” deyə ifaçı qeyd edib.

60 yaşlı sənətçi yenidən ailə quraraq ata olacağı ehtimalını da istisna etmir. Qriqori Leps daha iki uşaq arzusundadır.

Musiqiçi rəqqasə Anna Şaplykova ilə evli olub. Cütlük 20 illik evlilikdən sonra ayrılıb, nikahları 20 dekabr 2021-ci ildə rəsmi olaraq pozulub. Keçmiş həyat yoldaşlarının üç ümumi övladı var:

20 yaşlı Eva, 15 yaşlı Nikol və 12 yaşlı İvan. Boşanmada yalnız özünü günahlandıran prodüser, belə bir xəyanətə dözə bilməyən arvadını çox çirkin şəkildə incitdiyini söyləyib.

Svetlana Dubinskaya ilə ilk evliliyindən sənətçinin İnqa adlı bir qızı var, onun 37 yaşı var. Aktrisa tezliklə ilk dəfə ana olacaq. Qriqori Leps bildirib ki, uşaq sentyabrda dünyaya gəlməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO