Şahzadə Diananın Ford avtomobili hərracda 851 min dollara satıldı

Şahzadə Diananın Ford avtomobili hərracda 851 min dollara satıldı

Hazırda oxunan: Şahzadə Diananın Ford avtomobili hərracda 851 min dollara satıldı

90807

1985-1988-ci illər arasında Şahzadə Dianaya məxsus “Ford Escort RS Turbo S1” avtomobili Silverstoun hərracında 851.000 dollara satılıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, avtomobil əvvəlcə ağ rəngdə olub, lakin sonra təhlükəsizlik baxımından qara rəngə boyanıb.

Avtomobildə, həmçinin təhlükəsizlik işçisi üçün əlavə arxa güzgüsü və əlcək (“bardaçok”) bölməsində radio quraşdırılıb.

“23 avqust 1985-ci ildə qeydiyyatdan keçən “RS Turbo Series 1” avtomobili və onun məşhur sürücüsü növbəti bir neçə il ərzində tez-tez “Çelsi”nin butikləri önündə və Kensington restoranlarında fotokameraya düşüb”. Agentlik hərracın bəyanatından sitat gətirib.

Diana Spenser 1997-ci ildə avtomobil qəzasında ölüb. İstintaq qəzanın faciəvi olduğunu göstərib.

2021-ci ildə Uels şahzadəsi Diananın anadan olmasının 60 illiyi tamam olub. Diana xeyriyyəçilik və ictimai fəaliyyətləri ilə insanların məhəbbətini və sevgisini qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO