Evində narkotik gizlədən Zaqatala sakini SAXLANILDI

Evində narkotik gizlədən Zaqatala sakini SAXLANILDI

Hazırda oxunan: Evində narkotik gizlədən Zaqatala sakini SAXLANILDI

90725

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Natiq Əzizov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə həmin şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada 150 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Natiq Əzizovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO