Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Uşaqları İctimai Birliyinin təşəbbüsü ilə İnsan alverinə qarşı mübarizə üzrə MFP-nin 4.2.9; 4.6.1. bəndlərinə uyğun olaraq, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 03 sentybar 2009 cu il Qərarına istinadən, Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan qanunsuz miqrantların saxlanma mərkəzində monitorinqin və sorğuların keçirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və qurumun tabeliyində olan Mərkəzdə monitorinq və sorğuların keçirilməsi üçün səfər edib.
Bizim.Media xəbər verir ki, səfərin məqsədi mərkəzdə saxlanılan qanunsuz miqrantların saxlanma şəraiti ilə tanışlıq, eləcə də onların insan alveri qurbanı olma ehtimallarının araşdırılması məqsədi ilə sorğuların keçirilməsi olub.
Monitorinq qrupunda, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, Dövlət Miqrasiya Xidməti, Miqrasita siyasəti və hüquqi təminat baş idarəsi, baş idarə rəsinin müavini Kənan Hacıyev və Bakı Qanunsuz Miqrantların saxlanması mərkəzinin rəisi Azər Yusifov olub.
Dövlət Miqrasiya Xidməti tərəfindən Monitorinq qrupunun rahat və maneəsiz monitorinqi üçün tam şərit yaradılıb.
Mərkəzdə miqrantların saxlanma şəraiti və digər xidmətlərlə bağlı geniş məlumat alınıb. O cümlədən, mərkəzdə saxlanılan qanunsuz miqrantlar arasında insan alverinin ehtimal edilən qurbanlarının müəyyən edilməsinə dair miqrantlarla təkbətək sorğular aparılıb. Dövlət Miqrasiya xidmətinin dəstəyi ilə, monitorinq qrupu təkbətək görüşün keçirilməsi üçün tərcüməçi ilə təmin edilib.
Aparıllan monitorinqin nəticələri İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatora, DİN-in İnsan alverinə qarşı mübarizə Baş İdarəsinə və Dövlət Miqrasiya Xidmətinə təqdim ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:19 / 27.08.2022
Qanunsuz miqrantlar arasında insan alveri qurbanlarının olmasına dair monitorinq aparılıb
Hazırda oxunan: Qanunsuz miqrantlar arasında insan alveri qurbanlarının olmasına dair monitorinq aparılıb
Hazırda oxunan: Qanunsuz miqrantlar arasında insan alveri qurbanlarının olmasına dair monitorinq aparılıb
90718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.