"Qarabağ"ın Avropa Liqasında oyun təqvimi açıqlandı 

Hazırda oxunan: "Qarabağ"ın Avropa Liqasında oyun təqvimi açıqlandı 

90692

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın oyunlarının təqvimi məlum olub. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşünü sentyabrın 8-də Almaniyada "Frayburq"la keçirəcək. 

İkinci turda sentyabrın 15-də komanda Bakıda "Nant"ı qəbul edəcək. Üçüncü və dördüncü turlarda "Qarabağ" "Olimpiakos"la üz-üzə gələcək. Komandalar oktyabrın 6-da Yunanıstanda, oktyabrın 13-də Bakıda qarşılaşacaq. 
Oktyabrın 27-də "Qarabağ" Fransada "Nant"la qarşılaşacaq və sonuncu turda, noyabrın 3-də Bakıda "Frayburq"u qəbul edəcək. 

Qarabağın səfər matçları Bakı vaxtı ilə 23:00-da, ev oyunları 20:45-də başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO