Şəhid Elşən Musayevin övladları Şəhidlər Xiyabanında: “Səninçün darıxırıq, ata...” – VİDEO

Şəhid Elşən Musayevin övladları Şəhidlər Xiyabanında: “Səninçün darıxırıq, ata...” – VİDEO

Hazırda oxunan: Şəhid Elşən Musayevin övladları Şəhidlər Xiyabanında: “Səninçün darıxırıq, ata...” – VİDEO

9065

Zəngilanın azadlığı uğrunda şəhid olan Elşən Musayevin övladları 20 yanvar şəhidlərini ziyarət ediblər.

Onlar 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərlə yanaşı, Azərbaycan müstəqilliyi uğrunda 31 il əvvəl qanları ilə tarix yazan 20 yanvar şəhidlərinin əziz xatirələrini yad ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid olmamışdan beş dəqiqə əvvəl evinə zəng etdi - VİDEO 

 

Şəhid övladları Ayşən və Hüseyn 20 Yanvar şəhidlərinin və ataları Elşən Musayevin əziz xatirəsi üçün şeir söyləyiblər. Hüseyn atasının Zəngilan uğrunda şəhid olduğunu, onun üçün çox darıxdığını söyləyib.

Xatırladaq ki, oktyabrın 7-si Elşən Musayev 40 nəfərdən ibarət dəstəsi ilə Füzulinin Qorqan ərazisində mühasirəyə düşüb.  Bir - neçə gün mühasirədə qalan Elşən Musayev Zəngilanın azadlığı uğrunda şəhid olub. 23 gün meyiti neytral ərazidə qaldıqdan sonra, ailəsinə təhvil verilib. 

Şəhid övladlarını videosunu təqdim edirik:
 


Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO