Azərbaycanda yaşayan KATOLİKLƏR: “Mehriban xanımın fəaliyyəti ən yüksək qiymətə layiqdir”

Azərbaycanda yaşayan KATOLİKLƏR: “Mehriban xanımın fəaliyyəti ən yüksək qiymətə layiqdir”

Hazırda oxunan: Azərbaycanda yaşayan KATOLİKLƏR: “Mehriban xanımın fəaliyyəti ən yüksək qiymətə layiqdir”

90594

“Heydər Əliyev Fondu yarandığı ilk gündən fəaliyyətinin əsas istiqamətlərini belə müəyyənləşdirdi – xeyriyyəçilik, mədəniyyət, bəşəriyyətin mənəvi, mədəni rifahı və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması. Bu baxımdan Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Fondun fəaliyyəti çoxşaxəlidir”.

Bu fikirləri BizimMedia-ya açıqlaması zamanı Azərbaycanda Katolik Kilsəsinin mətbuat katibi Toral Ağayev deyib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Azərbaycanda yaşayan katoliklərin adından təbrik edən Toral Ağayev qeyd edib ki, Mehriban Əliyeva Azərbaycanla yanaşı bir çox ölkələrdə böyük layihələrə imza atıb.

“Birinci Vitse-Prezidenti, çoxhörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik etmək istərdim. Həm öz adımdan, həm də Azərbaycanda yaşayan katoliklərin adından Mehriban xanıma Allahdan ən gözəl nemətləri diləyirəm. O, Bütün dünyada tanınılır və ən yüksək qiymətə layiqdir. Bu illər ərzində Azərbaycanda və müxtəlif ölkələrdə onlarla humanitar layihələr icra olunub.

Lakin din sahəsinin əməkdaşı kimi, xüsusilə Katolik Kilsəsinin təmsilçisi olaraq, mən Mehriban xanımın Azərbaycanda və dünyanın bir sıra ölkələrində reallaşdırdığı müxtəlif dinlərə aid abidələrin bərpası layihələri üzərində dayanmaq istərdim.
Təkcə “Tolerantlığın ünvanı – Azərbaycan” adlı layihə çərçivəsində ölkə ərazisində və Azərbaycandan kənarda neçə məscid, kilsə, digər tarixi, dini və mədəni abidələr bərpa olunub, yeniləri tikilib”.

Toral Ağayev qeyd edir ki, Mehriban Əliyeva Vatikanda və bir çox ölkələrdə reallaşdırdığı layihələr misilsiz dəyərə malikdir. 

“Mən xüsusilə Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tac (Vatikan) ilə əməkdaşlığını vurğulamaq istərdim. Azərbaycan o nadir ölkələrdən biridir ki, ümumbəşər tarix üçün və sözsüz ki, xristian aləmi üçün müstəsna dəyəri olan, Avropada, Roma və Vatikan ərazisində yerləşən bir sıra dini-mədəni abidələrin bərpasını həyata keçirib.

Bunların daxilində Romada ilk xristian şəhidlərinin məzarları olan və xristian ziyarətgahları sayılnan müqəddəs Sebastyan, müqəddəs Marselin və Piyetro katakombaların bərpası, Papa I Leo ilə Atillanın tarixi görüşünü əks etdirən qədim barelyef, Strasburq şəhərinin kafedral kilsəsində bərpa işləri və s. adını çəkmək olar.
Əhalisinin əksəriyyəti müsəlman olan ölkənin dünya xristianlığı üçün xüsusi önəm daşıyan abidələrə göstərdiyi qayğı və diqqət xalqımızın yüksək mədəniyyətinin təzahürüdür və bu təqdirəlayiq və qururverici həqiqətin dünyada tanınmasında Mehriban xanın Əliyevanın xidmətləri misilsizdir. 

Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanın ərazisində dini abidələrin bərpası və yenilərin tikintisi ilə fəal şəkildə məşquldur.

Bu gün Bakının Müqəddəs Məryəm katolik kilsəsini bəzəyən Müqəddəs Ruhun enməsini əks etdirən şüşə şəbəkəsi və Müqəddəs Rozari keramik pannosu bir başa olaraq Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə kilsəmizdə quraşdırılıb. Həmçinin ötən il, koronavirus pandemiyasının çətin dövründə Heydər Əliyev Fondunun dəstəyi ilə katolik kilsəsinin dam örtüyü əsaslı şəkildə təmir olundu. 

Bildiyiniz kimi Katolik Kilsəsi dünyanın hər yerində, dini-mənəvi fəaliyyət ilə bərabər, xeyriyyə fəaliyyəti ilə də məşğul olur. Həmçinin Azərbaycanda Katolik Kilsəsi bizə müraciət edən, həlli müşkül olan çətinliklərlə üz-üzə qalan insanlara köməklik göstərməyə çalışır və fəalyyətimizin bu istiqaətində biz hər zaman Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın dəstəyini hiss etmişik”, - deyə T.Ağayev əlavə edib.

O həmçinin əlavə edib ki, Azərbaycan multikultiral ölkədir və dünyada Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi kimi tanınınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Və bu siyasətin həyata uğurla keçirilməsində Mehriban xanım Əliyevanın həm Birinci Vitse-Prezident kimi, həm Heydər Əliyev Fondunun rəhbəri kimi əməyi və səyləri müstəsna rol oynayır.

“İlk öncə onu qeyd etmək lazımdır ki, tolerantlıq adlandırdığımız dəyər Azərbaycan cəmiyyəti üçün yeni bir məfhum deyil.Azərbaycan hər zaman müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin təmas nöqtəsində yerləşib.

Başqasının səndən fərqli olduğunu qəbul etmək, başqasının dini-mənəvi dünyasına hörmətlə yanaşmaq, və münasibətlərdə fərqlərin fövqündə duran ümumi dəyərlərə söykənmək – bütün bunlar azərbaycan xalqının əsrlər boyu formalaşan milli təfəkkürünün tərkib hissəsidir. Elə götürək sizi və məni. Dini baxışlarımız fərqlidir, ancaq bizi birləşdirən milli mənsubiyyətimiz, dilimiz, adətlərimizdir və əlbətdə ki Azərbaycan var - bir bütöv anlam kimi.

Dövlətimiz də bu sahə üzdə siyasətini xalqın bu dünyagörüşünün üzərində qurur və onu daha da inkişaf etdirir.

Mehriban xanımın bir başa təşəbbüsü, dəstəyi və rəhbərlyi ilə reallaşan layihələrin içərisində böyük yer almış müxtəlif dinlərə aid abidələrin, ibadət yerlərin, müxtəlif mədəniyyətləri təmsil edən tarixi abidələrin bərpası, iri miqyaslı dinlərarası, mədəniyyətlərarası beynəlxalq tədbirlərin keçirilməsi cəmiyyətdə tolerant mühütin qorunub saxlanılmasında, möhkəmlənməsində, hər hansısa özünə-qapanma, dözümsüzlük tendensiyaların qarşısının alınmasında, və cəmiyyətimizdə tolerantlıq və multikulturalizm dəyərlərinin eyni zamanda fərdi və cəmiyyət səviyyəsinə  uğurlu inkişafın zəmanəti kimi tədris edilməsində çox böyük rolu var.

Bir də ki şəxsi nümunə: Mehriban xanımın şəxsiyyəti, yüksək intellekti, insanlar ilə ünsiyyət mədəniyyəti, Azərbaycan xalqının dini-mənəvi dəyərlərinə və eyni zamanda dini və mədəni müxtəlifliyə verdiyi dəyər və göstərdiyi hörmətin çox böyük tərbiəverici rolu var”.
Katolik Kilsəsinin sözçüsü onu da qeyd edib ki, Mehriban xanımın dəstəyi ilə hazırda da Romada böyük layihələr davam etdirilir:

“Mən bütün cari layihələrin adını çəkməkdə çətinlik çəkirəm, lakin bildiyimə görə, hazırda Romada Komodilliya katakombalarında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa işləri aparılır. Bu katakombaların da özəlliyi ilkin xristian şəhidləri olan Felisio və Adauktus ilə bağlıdır.

Həmçinin katakombalarda unikal, dini baxımdan çox önəmli, qədim təsvirlər var. 

Bir daha öz adımdan və Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası adından çoxhörmətli Mehriban xanıma və onun bütün əzizlərinə Uca Allahdan uzun ömür, möhkəm can sağlığı, ölkəmiz və xalqımızın rifahı naminə fəaliyyətində ən yüksək zirvələri fəth etməyi diləyirəm.

Doğum gününüz mübarək, Mehriban xanım!”.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO