Günel Gülşenin müdafiəsinə qalxdı - FOTO 

Günel Gülşenin müdafiəsinə qalxdı - FOTO 

Hazırda oxunan: Günel Gülşenin müdafiəsinə qalxdı - FOTO 

90587

“Mənə Gülşeni paylaşdığım üçün yazanlar olub. Onun uğursuz açıqlamasını dəstəkləmədim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyədə “Azeri kızı” ləqəbi ilə məşhurlaşan müğənni Günel Zeynalova sosial şəbəkə hesabında türk həmkarı Gülşen Çolakoğlunun həbsi ilə bağlı paylaşdığı postda yazıb.

O, cəmiyyətdə cinayət törədən, amma cəza çəkməyən şəxslərin həbs olunmadığını nümünə çəkərək, Gülşenin müdafiəsinə qalxıb.

“Bir sənətçi dostumun həbs olunacaq qədər ağır cinayət törətmədiyini və üzr istəməyinə baxmayaraq, tutulduğu üçün yanında olduğumu dedim. Homoseksual, ya da dinimizi təhqir etdiyini yazırsınız. Mən Allahımı sevən, dinimə və bütün dinlərə sayğı duyan bir insanam.

Biz təəssüf ki, çox da sevə bilmədiyimiz dünyada və hər şəkildə, hər şeylə, hər kəslə birgə yaşayırıq.

O zaman bütün homoseksuallar və ya günahlandırdığınız, utandığınız şəxslər cəza alsın. Bəs o qədər qadın öldürülür, uşaqlara təcavüz edilir. Onlar niyə əllərini-qollarını sallayaraq gəzirlər? Etməyin, Allah eşqinə!” – deyə, G.Zeynalova bildirib.
Qeyd edək ki, G.Çolakoğlu aprel konserti zamanı söylədiyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözlərinə görə həbs olunub.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO