Biz hər zaman Azərbaycanın yanındayıq – Erkan Özoral

Biz hər zaman Azərbaycanın yanındayıq – Erkan Özoral

Hazırda oxunan: Biz hər zaman Azərbaycanın yanındayıq – Erkan Özoral

9058

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoral 20 yanvar şəhidlərinin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib.

O, Bizim.Media-ya açıqlamasında Türkiyə Respublikasının hər zaman Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.

“Bu məzarlıqda hər yaşda, fərqli millətlərdən olan insanlar yatır. Biz bu məzarlara baxdıqda bu qətliamı törədən cinayətkarların nə qədər qəddar olduqlarını, insanlığa sığmayan hərəkətlərinin bir daha şahidi oluruq".

"Biz onları heç vaxt unutmayacağıq, əziz xatirələrini daimi yad edəcəyik. Biz Türkiyə Respublikası olaraq hər zaman Azərbaycanın kədərində, acısında və sevincində də yanındayıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO