Bərdədə arvadını ov tüfəngi ilə öldürən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR  

Bərdədə arvadını ov tüfəngi ilə öldürən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR  

Hazırda oxunan: Bərdədə arvadını ov tüfəngi ilə öldürən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR  

90579

Bərdə rayonunda arvadını öldürməkdə şübhəli bilinən Təbriz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, toplanan materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Nural Əliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

Xatırladaq ki, bu il mayın 25-də saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Təbriz Orucovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO