Əlillik pensiyası düzəltmək adı ilə dələduzluq edən sabiq məmura CƏZA VERİLDİ  

Əlillik pensiyası düzəltmək adı ilə dələduzluq edən sabiq məmura CƏZA VERİLDİ  

Hazırda oxunan: Əlillik pensiyası düzəltmək adı ilə dələduzluq edən sabiq məmura CƏZA VERİLDİ  

90500

Əvvəllər Quba rayon Hərbi Komisarlığında işləmiş 1978-ci il təvəllüdlü Nəsrulla Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Quba rayon Məhkəməsinin hökmü ilə N.Sultanov 2 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən Nəsrullanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, N.Sultanov Quba rayonu Vəlvələ kənd sakini Rüfətin arvadına əlilliyə görə pensiya düzəltməsi barədə yalan vədlər verib, onun 10000 manatını ələ keçirib.
Qeyd edək ki, Nəsrulla bundan əvvəl də 30-a yaxın vətəndaşa xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi ilə aldadaraq onların pullarını ələ keçirib.

Quba rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun həmin cəzası 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi saxlanılmaqla, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Xəzər rayonu ərazisində yerləşən 17 saylı cəza çəkmə müəssisəsində cəza çəkdiyi müddətdə ona yenidən cinayət işi açılıb.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO