Gəncədə kanalizasiya üçün qazılan küçələr yenidən qurulur

Gəncədə kanalizasiya üçün qazılan küçələr yenidən qurulur

Hazırda oxunan: Gəncədə kanalizasiya üçün qazılan küçələr yenidən qurulur

90499

Gəncədə su və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən işlərin başa çatmasından sonra küçələrin və məhəllədaxili yolların asfaltlanmasına başlanılıb.

Bizim.Media-nın yerli bürosu Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyininə istinadən məlumat verir ki, artıq bu istiqamətdə şəhərin Dədə Qorqud, Tağı Arani və İsaq Cəfərov küçələrində binaların qarşısı və həmin yaşayış məntəqələrinin ətrafında olan yolların asfaltlanır.

Birliyin mətbuat katibi Vüsal Balayevin sözlərinə görə, yol infrasturukturunun yenilənməsi işləri başa çatan ərazilərdə sakinlərin rahatlığı üçün digər abadlıq-quruculuq işlərinin aparılması nəzərdə tutulur:

“Məhəllələrdə yeni müasir qənaətli elektrik sistemlərinin qurulması, oturacaqların, uşaq əyləncə meydançalarının yenilənməsi, eləcədə ərazilərdə yaşıllıqların salınması nəzərdə tutulub.
Bu da Gəncə şəhər sakinlərinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə və məhəllələrimizin abad olmasına imkan verəcək” deyə Vüsal Balayev əlavə edib. Qeyd edək ki, Gəncə şəhərində icra olunan “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi il ərzində digər yaşayış massivlərində də mərhələli şəkildə aparılacaqdır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO