Əbədi silahdaş və ya XOŞMƏRAMLI MİSSİYA

Əbədi silahdaş və ya XOŞMƏRAMLI MİSSİYA

Hazırda oxunan: Əbədi silahdaş və ya XOŞMƏRAMLI MİSSİYA

90495

“Qadın qayğı və gözəlliyin, kişi isə dürüstlük və haqqın simasına çevrildiyində əbədi xoşbəxtliyə nail olmaq mümkündür”. Məşhur fransız filosofu La Roşfukonun bu sözləri bir ailənin, daha doğrusu bir cəmiyyətin əbədi xoşbəxtliyi üçün gərəkli olan amillərin ən bariz ifadəçisidir. Çünki dürüstlük və haqq-ədalət yalnız qadın qayğısı və gözəlliyi ilə dəstəkləndiyində, keşməkeşli həyat yolunda birlikdə addımladıqda öz sərhədlərini aşmağa qadirdir.

Bu gün Azərbaycan öz bötövlüyünü bərpa etmiş bir ailəni xatırladır. İtirdiklərimizi qaytardığımız, nakam ruhların təskinlik tapdığı və küllərimizdən yenidən, daha güclü şəkildə doğulduğumuz zamanlarda yaşayırıq.
Bizi buralara gətirən və uğurlarımızın təməlində yer alan əsas amil heç şübhəsiz ki, Ali baş komandan İlham Əliyevin və birinci vitse-prezident, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın şəxsiyyəti ilə birbaşa bağlıdır.

Qayğı və mərhəmətdən məhrum olan dürüstlük və ədalət bəzən çox sərt ola, kənardan da bir o qədər qorxuducu görünə bilər.

Lakin əsl qələbə isə güc və mərhəmətin bir-birini tamamladığı, bir-birini dəstəklədiyi anlarda qazanılır. Mehriban xanım Əliyevanın şəxsiyyəti hər bir azərbaycanlı üçün məhz bu qayğı və mərhəmətin şəxsləşmiş obrazıdır.

Onun uzun illər ərzində Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması, elmin, təhsilin və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlər, şəhid və qazi ailələrinə, o cümlədən ehtiyac sahibi vətəndaşlarımıza göstərdiyi qayğı bunlardan sadəcə bir neçəsidir. 

Vətən müharibəsi və sonrakı dövrdə Mehriban xanım Əliyeva öz varlığı ilə Azərbaycan qadınlarının ümumiləşmiş obrazının, bəlkə də ən yaxşı ifadəçisidir.

O, cəbhədə əlində silah vuruşmasa belə hər an qəhrəman hərbiçilərimizin yanında olan, arxa cəbhədə ən az onlar qədər böyük mübarizə aparan Azərbaycan qadınlarının simvoludur. İşğaldan azad olunan torpaqlarımıza səfərləri zamanı hərbi geyimlərə üstünlük verməsi, hər zaman Ali baş komandanla çiyin-çiyinə addımlaması, bəlkə də, düşmənə və bütün dünyaya verilə biləcək ən təsirli mesajdır.

Bir ana, bir həyat yoldaşı olmaqla bərabər Azərbaycan qadını həm də mübarizə yoldaşı, əbədi silahdaşdır.

Bütöv bir xalqa örnək olmaq, öz dəyərləri və davranışları ilə hər kəsə nümunə olmaq çox az şəxsiyyətə qismət olmuş uğurdur desək, yəqin ki, yanılmarıq. Mehriban xanım Əliyeva bu baxımdan bir ailə olmağın, qarşılıqlı dəstəyin və ortaq mübarizəyə duyulan dərin hörmətin simvoludur.
 

O, təkcə ölkə daxilində yox, həmçinin ölkə hüdudlarından kənarda da Azərbaycan qadınının unikal, mübariz obrazının ən böyük təbliğatçısı və təmsilçisidir.

Mehriban xanım Əliyevanın xarakterinin formalaşmasında tanınmış yazıçımız Mir Cəlal Paşayevin nəslinin davamçısı olmasının və görkəmli şərqşünas alim Aidə İmanquliyevanın ailəsində alınan tərbiyənin müstəsna rolunu danmaq olmaz.

Lakin bu cür ədəbi mühitdə əldə olunan təhsil və tərbiyə məhz Ümummili lider Heydər Əliyevin ocağında alınan liderlik dərsləri ilə öz həqiqi formasını almış oldu.

Yalnız köklü və tarixi dəyərlərə varislik, o cümlədən üstün şəxsi keyfiyyətlər Mehriban xanım Əliyevanın Azərbaycanın həyatındakı əvəzolunmaz rolunu və təmənnasız qayğısını izah edə, uğurlu və daha güclü Azərbaycanın ANA ZİRVƏSİNİ müəyyənləşdirə bilər.
 

Bu gün, 26 avqust Azərbaycan Respublikasının birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Bu önəmli gündə hörmətli Mehriban xanım Əliyevanı Bizim.Media kollektivi adından səmimi qəlbən təbrik edir, möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO