Bu bürclərlə ünsiyyət qurmaq əsl peşmançılıqdır - Qara-qara düşünən KİMLƏRDİR?

Bu bürclərlə ünsiyyət qurmaq əsl peşmançılıqdır - Qara-qara düşünən KİMLƏRDİR?

Hazırda oxunan: Bu bürclərlə ünsiyyət qurmaq əsl peşmançılıqdır - Qara-qara düşünən KİMLƏRDİR?

90444

Bəzi insanlar hər şeyə pozitiv gözlə baxır və heç vaxt ruhdan düşmürlər.  Lakin bəziləri isə əksinə, neqativ danışıb, düşünməklə yanaşı ətrafına da bu enerjini yaymağa çalışırlar. 

Bizim.Media bu dəfə bəd düşünən, ən pessimist bürclərin siyahısını təqdim edir:

Buğa

Siz kifayət qədər pessimist insansınız, bu səbəbdən də insanlar sizdən qaçmağa çalışırlar. Siz çox gözəl bilirsiniz ki, pis fikirləri ürəyə salmaq ziyandır. Amma belə görünür ki, bu, sizi qorxutmur. Ümumiyyətlə, siz öz dünyagörüşünüzdən razısınız, çünki sizin şüarınız belə səslənir: "Daha az gözlənti, daha az məyusluq!"

Xərçəng

Sizin qəlbiniz tünd rəngdədir, lakin bu, buğalarınkı qədər qara deyil. Kədərin içində boğulmaq əvəzinə, siz öz emosiyalarınıza qapılırsınız və düşünürsünüz. Əgər yanınızda kimsə varsa, onda bütün dərdinizi onun üstünə tökəcəksiniz.

Şir

Sizin qəlbiniz demək olar ki, qara rəngdir. Bu, sizi çox narahat edir və onun "ağarması" üçün bütün qüvvələrinizi səfərbər etməyə çalışırsınız. Amma axına qarşı gedə bilməyəcəyinizi yəqin ki, artıq bilirsiniz. Fikrinizi müsbətə kökləməyə çalışın, amma pis emosiyaları blok etməyin. Yoxsa günlərin bir günündə onlar sizi "yuyub aparacaq".

Əqrəb

Əqrəblər də qəlbi qara olan bürclər siyahısına daxil edilir. Lakin onlar bunu digər insanlardan gizlətməyi yaxşı bacarırlar. Yeri gəlmişkən, neqativ düşüncələr onlara qətiyyən mane olmur. Əqrəb öz qurbanını yuvasına salır və bundan razı qalır.

Oğlaq

Oğlaq bürclərinin qəlbi qara olsa da, şən insanlardır. Ümumiyyətlə, onlar yalnız özləri barədə düşünür. Onlar acıqlı eqoistdir. Oğlaqlar kifayət qədər kinlidir. Hətta əgər o, sizi bağışlamış kimi görünsə də uzun müddət hirsini ürəyində gəzdirəcək. Bu da qisasla nəticələnə bilər.

Balıq

Balıqlar xəyallarda yaşamaq həvəskarıdır. Onlar, xüsusən mənfi fikir üzərində saatlarla, günlərlə düşünə bilərlər. Sözsüz ki, bu da onların həyatına daha çox neqativ cəlb olunması ilə nəticələnir. Bu, balıqlara çox əzab verir, lakin onlar təslim olmurlar. Bu bürcün nümayəndələri nə qədər mübarizə aparsalar da, pessimizimdən qurtulmaqda çətinlik çəkirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO