AZAL-ın yaydığı məlumata əsasən 25 avqust 2022-ci il tarixindən başlayaraq satış və uçuş tarixləri üçün “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkəti və “Buta Airways” Sərnişin Aviaşirkəti aşağıdakı brendlərin “Aviabiletlərin dəyərinin qaytarılması” və “Tarixin dəyişdirilməsi (rebookingrevalidate)” qaydalarında əlavə və dəyişikliklər edib.
Bizim.Media xəbər verir ki, dəyişikliklərdən sonra hazırda mövcud olan qiymətlər belədir:
“Azərbaycan Hava Yolları”
Brendin adı: Ekonom Klassik
Tarixin dəyişdirilməsi (rebookingrevalidate):
uçuşdan öncə - 60 avro (102 manat) cərimə ilə
uçuşdan sonra- icazə verilmir
“Buta Airways”
Brendin adı: “BUTA SUPER” və “BUTA STANDART”
uçuşdan öncə - 60 avro (102 manat) cərimə ilə
uçuşdan sonra- icazə verilmir
Aviabiletin dəyərinin qaytarılması:
uçuşdan öncə - tarifin 75% məbləğində cərimə ilə
uçuşdan sonra- icazə verilmir
Son dəyişikliklərdən öncə mövud olan qiymətlər belə olub:
Aviabiletin dəyərinin qaytarılması:
uçuşdan 0-24 saat öncə - tarifin 75% məbləğində cərimə ilə
uçuşdan 24-96 saat öncə - tarifin 50% məbləğində cərimə ilə
uçuşa 96 saatdan artıq vaxt qaldıqda – tarifin 35% məbləğində cərimə ilə
uçuşdan sonra –icazə verilmir
“Tarixin dəyişdirilməsi (rebookingrevalidate)”
uçuşdan 0-24 saat öncə - tarifin 75% məbləğində cərimə ilə
uçuşdan 24-96 saat öncə - tarifin 50% məbləğində cərimə ilə
uçuşa 96 saatdan artıq vaxt qaldıqda – tarifin 35% məbləğində cərimə ilə
uçuşdan sonra –icazə verilmir
Qeyd edək ki, hazırkı dəyişikliklərə görə uçuşdan öncə aviabiletlərin tarixinin dəyişdirilməsi üçün tarifin 35% məbləğində cərimə artaraq tarifin 75% məbləğində cərimə ilə əvəz olunub.
Tarixin dəyişdirilməsində isə uçuş qabağı mövcud olan 0-24 saat öncə - tarifin 75% məbləğində cərimə və uçuşdan 24-96 saat öncə - tarifin 50% məbləğində cərimə isə standart olaraq 60 avro (102 manat) cərimə ilə əvəzlənilib.
Leyla Şah, Bizim.Media