Bir şüşə pivəyə 55 min dollar ödədi

Bir şüşə pivəyə 55 min dollar ödədi

Hazırda oxunan: Bir şüşə pivəyə 55 min dollar ödədi

90424

İngiltərədə bir turist təsadüfən bir şüşə pivəyə 55 min dollar ödəyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Daily Star” nəşri yayıb.

Avstraliyadan gələn Piter Lalorun dediyinə görə, o, Mançesterdəki kafeyə baş çəkib və bir şüşə pivə sifariş edib. 

Hesabı kişiyə gətirəndə o, çekdəki məbləğə baxmayıb və sifarişini kartla ödəyib. Lakin turistin telefonuna 55 min dollar xərclədiyi barədə bildiriş gələndə bunun səhv olduğunu anlayıb.

"Bu, tarixin ən bahalı pivəsi idi" deyə Piter qeyd edib.

Məlum olub ki, ofisiant bir neçə sıfır əlavə etməklə məbləği ödəniş terminalına səhv daxil edib. Müəssisənin meneceri vəziyyəti həll etməyə kömək edib, lakin kişi pulun kartına qaytarılması üçün bir neçə gün gözləməli olub.
"Və bütün bu müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdim" deyə turist şikayət edib. Müəssisənin rəhbərliyi Piterdən üzr istəyib və onu yenidən kafeyə baş çəkməyə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO