Xarici vətəndaşlara Azərbaycanda siyasi sığınacaq vermək şərtləri hansılardır? – Hüquqi İZAH 

Xarici vətəndaşlara Azərbaycanda siyasi sığınacaq vermək şərtləri hansılardır? – Hüquqi İZAH 

Hazırda oxunan: Xarici vətəndaşlara Azərbaycanda siyasi sığınacaq vermək şərtləri hansılardır? – Hüquqi İZAH 

90405

Son illər Cənubi Azərbaycandan xeyli sayda soydaşımız Avropa və digər ölkələrdən siyasi sığınacaq alıb. Onları bu addımı atmağa məcbur edən səbəbsə molla rejiminin soydaşlarımızı siyasi baxışlarına və milli kimliyinə görə təqib edilməsidir.

Bəs cənublu soydaşlarımız Azərbaycan dövlətindən siyasi sığınacaq ala bilərmi?

Mövcud qanunvericiliyə görə bütün bunlar “Qaçqınlar və məcburi köçkünlər haqqında” Azərbaycan Respublikasının qanununa əsasən tənzimlənir. Çünki, siyasi mühacir də qaçqın sayılır. Qanunun birinci maddəsində izah olunur ki, qaçqın öz ölkəsində dini, irqi, siyasi baxışlarına görə təqiblərə məruz qalmış şəxsdir. Bu adamlar öz ölkələrində yaşaya bilmədikləri üçün istədikləri ölkəyə, o cümlədən Azərbaycana gələ bilərlər. 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış hüquqşünas Əsabəli Mustafayev bildirib ki, əgər hər hansı bir şəxs Azərbaycandan siyasi sığınacaq almaq istəyirsə o ilk növbədə sərhəd-buraxılış məntəqəsində ciddi şəkildə yoxlanılır:

“Əsas məsələ odur ki, sığınacaq istəyən adam öz ölkəsində hansısa cinayət törətməş olmasın. Bura bəşəriyyət əleyhinə, insanlıq əleyhinə cinayətlər daxildir. Amma siyasi fəaliyyətinə görə həbs edilibsə, bu gəldiyi ölkədə cinayət sayılmır”. 

Tanınmış hüquqşünas onu da əlavə etdi ki, Azərbaycandan siyasi sığınacaq almış şəxs yerli vətəndaşlar kimi bir çox hüquqlardan istifadə edə bilər:

“Bura təhsil, səhiyyə, əmək və digər hüquqlar daxildir. Amma siyasi sığınacaq almış şəxs seçki hüququna sahib deyil və bu ölkədə torpaq və daşınmaz əmlak ala bilməz. Qalan digər hüquqlardan yararlana bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO