Rusiya Ukraynanın 8 döyüş təyyarəsini vurdu

Rusiya Ukraynanın 8 döyüş təyyarəsini vurdu

Hazırda oxunan: Rusiya Ukraynanın 8 döyüş təyyarəsini vurdu

90398

Rusiya ordusu Mirqorodda Ukrayna Silahlı Qüvvələrinin 5 döyüş təyyarəsini məhv edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin xülasəsində deyilir.

“Rusiya ordusu Poltava vilayətinin Mirqorod hərbi aerodromuna yüksək dəqiqlikli zərbə endirib. Nəticədə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus beş döyüş təyyarəsi vurulub”, - məlumatda qeyd edilir.

Mənbə yazır ki, 1 Su-27, 1 Su-24 məhv edilib, daha iki Su-27 və bir Su-24 isə ciddi zədələnib. Bundan əlavə, 30-a qədər ukraynalı hərbçi öldürülüb.

Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri, həmçinin Dnepr hərbi aerodromunda Ukrayna Silahlı Qüvvələrinə məxsus daha üç təyyarəni və Ukrayna qoşunlarının Nikolayev vilayətindəki Kaxovka qrupunun komanda məntəqəsini məhv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO