“Kollektivlik Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsasını təşkil edən müqaviləyə əsasən üzv ölkələr başqa ölkələrə güc tətbiq etməkdən və hədələməkdən çəkinməlidirlər. KTMT-yə üzv ölkələrin qarşısında belə bir öhdəlik var və bu, təşkilatın nizamnaməsində öz əksini tapıb”.
Bizim.Media xəbər verir ki, , bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Ermənistan təşkilatdan sui-istifadə edərək KTMT-yə üzv ölkələrə potensial təhlükədə yaradır” deyən Hikmət Hacıyev nəticə etibarı ilə rəsmi İrəvanın KTMT-ni münaqişəyə cəlb etmək istədiyini söylədi: “Biz bunu hərbi-siyasi təxribat kimi qiymətləndiririk. Ermənistandan başqa bizim təşkilata üzv olan digər dövlətlərlə dostluq, tərəfdaşlıq münasibətlərimiz var. Biz ikitərəfli münasibətlərimizdən istifadə edərək təşkilata üzv ölkələri Ermənistanın hücumları ilə bağlı məlumatlandırırıq. Azərbaycan bu təşkilatın üzvü deyil və təşkilat qarşısında hər hansı öhdəliyi yoxdur”.