Əli Mirəliyev “Elit Star” Cəmiləni lağa qoydu: “Yumruq vursa, 2 ay özümə gələ bilmərəm” – VİDEO  

Əli Mirəliyev “Elit Star” Cəmiləni lağa qoydu: “Yumruq vursa, 2 ay özümə gələ bilmərəm” – VİDEO  

Hazırda oxunan: Əli Mirəliyev “Elit Star” Cəmiləni lağa qoydu: “Yumruq vursa, 2 ay özümə gələ bilmərəm” – VİDEO  

90170

“Elit star” Cəmiləyə qurban olum. Onun qadasını alım. Getsin otursun evdə, xörəyini bişirsin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib. 

Sənətçi “Elit star” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə  İsgəndərovanın ifaçı kimi qəbul etmədiyi söyləyərək, onu məsxərəyə qoyub.   

“Cəmilə oxumaqdan başqa, efirdə nə istəyirsə etsin. Danışsın, gülsün, oynasın, at çapsın… Xəbəriniz olsun ki, Cəmilə çox yaxşı at çapa bilir. Qəşəng idmançıdır. Yumruq vursa, iki ay özümə gələ bilmərəm”. 

Xatırladaq ki, Cəmilə Əməkdar artist Cavanşir Məmmədovun “Avroviziya”ya getməsinə “İnanmıram ki, nə Cavanşiri “Avroviziya”ya buraxarlar, nə də ki Cavanşir ora gedər” deməklə reaksiya vermişdi. 
Ə.Mirəliyev də bu mövzuyla bağlı verilişdə Cəmiləyə “Get, işinlə məşğul ol” cavabını verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO