Rusiya qoşunları Nikolayev vilayətinin sərhədinə çatdı – VİDEO

Rusiya qoşunları Nikolayev vilayətinin sərhədinə çatdı – VİDEO

Hazırda oxunan: Rusiya qoşunları Nikolayev vilayətinin sərhədinə çatdı – VİDEO

90026

Rusiya qoşunları Xerson-Nikolayev istiqamətində hücum zamanı Nikolayev vilayətinin inzibati sərhəddinə çatıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.

Hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin 28-ci Mexanikləşdirilmiş Briqadasının bölmələri məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov brifinq zamanı bildirib ki, “Nikolayev vilayətinin 12 kvadrat kilometr ərazisi ələ keçirilib”.

O, əlavə edib ki, Xerson vilayətinin 36 kvadrat kilometr ərazisi, həmçinin Nikolayev vilayətinin Komsomolskoye qəsəbəsi də nəzarətə götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO