"Müdafiədən oynamağı düşünmürük" - Qurban Qurbanov

Hazırda oxunan: "Müdafiədən oynamağı düşünmürük" - Qurban Qurbanov

89899

"Hamımızın məqsədi yaxşı nəticə göstərərək, Çempionlar Liqasının qrup mərhələsinə  düşməkdir. Bu gün bu cür şansımız var. Rəqib də eyni düşüncədədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq, çox yaxşı mübarizə aparmağı xoşlayırlar. Rəqib də istəklidir. Bunu biz Bakıda gördük. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə və yaxşı nəticə əldə etməyə çalışacağıq".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Çexiya) ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis Qol.az-a açıqlamasında bildirib ki, Bakıdakı matçda yaxşı qol şanslarının olduğunu bildirib:

"Viktoriya" da standart vəziyyətlər təhlükəli oldu və onların qol şansları oldu. Xırda detallar üzərində danışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Sabah daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq".

O, Maksim Medvedevlə Kevin Medinadan başqa, bütün oyunçuların sağlam olduğunu söyləyib:

"Hamı oyuna hazırlaşır. Sadəcə, 2 mərkəz müdafiəçisi olmayacaq. Digərləri ilə bağlı problem yoxdur".

Q.Qurbanov "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin cavab matçında da müdafiə futbolu oynayacaqları ilə bağlı fikirlərinə də toxunub:

"Hər şeyə hazır olmalıyıq. Bu komandanın çox yaxşı hücum potensialı var. Müdafiədə mütləq diqqətli olacaqlar. Amma bu komandanın hücumd xəttinin potensialı da çox yaxşıdır. Düşünsək ki, ancaq qapanacaqlar, yanlış olar. Rəqib həm pressinq etməyi, həm də topla oynamağı bacarır. Müdafiədən oynamağı düşünmürük. Rəqib bizi buna məcbur edərsə, yalnız o zaman müdafiəyə çəkilərik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq. Rəqibin çox təhlükəli və düşünülmüş əks-hücumları var. Buna hazır olmalıyıq. Özünün də dediyi kimi, rəqib baş məşqçi hələlik heyətlə bağlı qərar verməyib. Əlində 2 heyət olduğunu söyləyib. Ona görə də oyunu gözləməliyik".

Baş məşqçi həm aeroportda, həm də oteldə bir qrup çexiyalı azarkeşin komandanı xoş qarşıladığını söyləyib:

"Futbolçularımın, mənim avtoqrafımı istədilər. Əllərində mənim, hətta köməkçilərim - Zaur Tağızadə, Elçin Rəhmanov və Elxan Həsənovun futbol oynadığımız vaxtlardakı şəkillərini gördüm. Mənim üçün çox xoş oldu. Sayları az olsa da, bizə çox böyük dəyər verdilər. Hər birinə təşəkkür edirəm".

Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO