Taekvondoçularımız bir gündə 9 medal qazandı - AVROPA ÇEMPİONATI

Taekvondoçularımız bir gündə 9 medal qazandı - AVROPA ÇEMPİONATI

Hazırda oxunan: Taekvondoçularımız bir gündə 9 medal qazandı - AVROPA ÇEMPİONATI

89891

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib.

Bizim.Media xəbər verir ki, 5 gün davam edəcək yarışın startı Azərbaycan komandaları üçün uğurlu alınıb.

Taekvondoçularımız müxtəlif klubların heyətində 9 - 2 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər.

"Ümid"in yetirmələri baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında 4 dəfə fəxri kürsüyə yüksəlib. Bütün rəqiblərinə qalib gələn Sabir Məmmədli (27 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Coşqun Məmmədzadə (33 kq) ikinci yeri tutub. Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medalla kifayətlənib.

“Gədəbəy” İdman Klubunun taekvondoçusu Süleyman Həsənov da çempion tituluna sahib olub. Baş məşqçisi Beyrək Bağırovun 44 kq çəki dərəcəsində mübarizə aparan yetirməsi inamlı çıxışı ilə fərqlənib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
"Fortis"dən Mehman Qənbərov (27 kq) da adını mükafatçılar sırasına yazdırıb. O, medal kolleksiyasına bürünc medal əlavə edib.

“Alov”un iki taekvondoçusu Azərbaycan bayrağını yüksəldib. Baş məşqçisi Asim Xudiyevin şans verdiyi idmançılardan Əli Hüseynli (44 kq) 2-ci, İsa Hüseynli (40 kq) 3-cü yeri tutub.

Ölkəmizin aktivinə günün 9-u medalını isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub. Qeyd edək ki, qarşıdakı günlərdə gənc və böyük yaş qrupları üzrə taekvondoçular dayanq üzərinə çıxacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO