Azərbaycanın FIFA referiləri ÇEMPİONLAR LİQASINDA 

Azərbaycanın FIFA referiləri ÇEMPİONLAR LİQASINDA 

Hazırda oxunan: Azərbaycanın FIFA referiləri ÇEMPİONLAR LİQASINDA 

89753

Azərbaycanın futzal üzrə iki FIFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar alıb. 

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hikmət Qafarlı 24 - 29 avqustda İsveçrənin Bern şəhərində “Futsal Minerva” (İsveçrə), “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.

Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq.

Bu qrupun qarşılaşmaları 23 - 28 avqustda Almaniyada gerçəkləşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO