"Bu gün ərzində ölkə ərazisində Aralıq dənizi siklonunun keçməsi nəticəsində respublikanın əksər rayonlarında yağıntılı hava müşahidə edilir”.
Bizim.Media-nın məlumatına görə, bu bartədə Millli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda gecə saatlarında sulu qar yağacaq – Rəsmi açıqlama
Xidmət rəisi bildirib ki, saat 12-yə olan məlumata görə, gecə saatlarından yağan qar respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün yaranmasına səbəb olub:
“Ən yüksək qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə edilib. Burada qar 40 sm-dən artıq olub. Gün ərzində respublikanın əksər rayonlarında yağıntılar davam edəcək və axşama doğru, ayın 20-də, hətta respublikanın Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır”.
U.Tağıyeva qeyd edib ki, Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir:
“Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır”.
Bizim.Media